"Beşiktaş" yanvar transfer pəncərəsi üçün hazırlıqlarını davam etdirərkən, klub prioritet olaraq yarımmüdafiə xəttini gücləndirməyi hədəfləyib. Fanat.Az xəbər verir ki, "ağ-qaralar" yay transfer pəncərəsində də maraq göstərdikləri "Nyukasl"ın oyunçusu Co Villoku heyətinə qatmaq istəyirlər. İnformasiyanı "Fotomaç" yayıb. "Beşiktaş"ın prezidenti Serdal Adalı ingilis futbolçunun xüsusilə baş məşqçi Vinçenzo İtalyano tərəfindən istənildiyini bildirib və Villokla bağlı əvvəllər geniş danışıqlar apardıqlarını qeyd edib. Adalı, "Nyukasl" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq 27 yaşlı yarımmüdafiəçini transfer etmək üçün yanvar ayında yenidən cəhd edəcəklərini açıqlayıb. Həmçinin qeyd olunub ki, "Reyncers"in yarımmüdafiəçisi Nikolas Raskin də "Beşiktaş"ın transfer siyahısındakı digər namizədlərdən biridir. Bu mövsüm Co Villok "Nyukasl"ın heyətində Premyer Liqada keçirdiyi 5 oyunda 2 qol vurub və İngiltərə Liqa Kubokunda isə 2 matçda 1 dəfə fərqlənib. Əlisahib İbrahimli
"Beşiktaş" axtardığı oyunçunu İngiltərədə tapdı
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev