Bəhlul Mustafazadə Fanat.Az-a danışdı: "Bəzən ağrılarım olur, amma..."

Bəhlul Mustafazadə Fanat.Az-a danışdı: "Bəzən ağrılarım olur, amma..."

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında "Tvente"yə 1:4 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşan "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə matçdan dərhal sonra əməkdaşımıza özəl müsahibə verib.

Fanat.Az xəbər verir ki, təcrübəli stoper böyük təəssüf hissi keçirdiklərini bildirib:

- Oyunla bağlı nə düşünürsən?

"Məğlub olduq, Konfrans Liqası ilə vidalaşdıq. Çox məyusuq. Deməyə bir şey yoxdur, çox çalışmaq lazımdır ki, gələn il eyni şeylər təkrarlanmasın".

- Zədənlə bağlı nə deyə bilərsən? Hazırda durumun necədir?

"Demək olar ki, tam bitib. Bəzən ağrılar olur, amma ümumiyyətlə hər şey yaxşıdır".

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər