Baroş “Qarabağ”a qarşı oynamaya bilər

Baroş “Qarabağ”a qarşı oynamaya bilər

Çexiyanın "Slovan" klubunun hücumçusu Milan Baroş zədələnib. Fanat.Az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Yindrix Trpişovski məlumat verib.

Çalışdırıcı 35 yaşlı forvardın topuq nahiyəsindən xəsarət aldığını bildirib. Bu səbəbdən də Baroşun Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı forma geyinməsi sual altındadır. 

Qeyd edək ki, "Slovan" - "Qarabağ" oyunu noyabrın 24-də keçiriləcək.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər