Azərbaycanlı futbolçudan het-trik - Komandası zirvədə

Azərbaycanlı futbolçudan het-trik - Komandası zirvədə

Kosovo çempionatının 4-cü turunda Vüsal İsgəndərlinin çıxış etdiyi “Malışeva” doğma meydanda “Qilyani”ni qəbul edib.

Fanat.Az xəbər verir ki, qarşılaşma “Malışeva”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın bütün qollarını Vüsal İsgəndərli vurub.

Azərbaycan millisinin futbolçusu 9, 71 və 74-cü dəqiqələrdə fərqlənərək het-trik edib.

“Malışeva” 4 turdan sonra 10 xalla turnir cədvəlinə başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər