Azərbaycanda azarkeş rekordu yeniləndi

Azərbaycanda azarkeş rekordu yeniləndi

Misli Premyer Liqasının 2026/27 mövsümündə tamaşaçı rekordu yenilənib.

Fanat.Az xəbər verir ki, bu, IV turun “Kəpəz” – “Şamaxı” matçında qeydə alınıb.

Gəncə şəhər stadionundakı matçı 15000 tamaşaçı izləyib.

Ötən tur qeydə alınan əvvəlki rekord 13500-ə bərabər idi. Eyni arenada baş tutan “Kəpəz” – “Turan Tovuz” qarşılaşmasına təsadüf etmişdi.

Qeyd edək ki, “Kəpəz” – “Şamaxı” ilə görüşdə 1:4 hesabı ilə məğlub olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər