Azərbaycan millisi bu gün Lixteynşteynlə qarşılaşıb. Fanat.Az xəbər verir ki, görüş 0:0 hesabı ilə başa çatıb. Matçdan sonra Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb: "Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Vəziyyətimiz çətinləşdi. Qol epizodlarından istifadə edə bilmədik. Günahkar axtarmayacağıq. Digər matçlara hazırlaşacağıq." - Rəqib məşqçi peşəkar olmadıqlarını və başqa sahələrdə çalışdıqlarını bildirdilər. Bizim futbolçular hansı sahələrdə çalışsalar, uğurlu olarlar? "Hamınız haqlısınız. Lixtenşteyni udmağa məcburuq. Rəqib peşəkardır, peşəkar deyil, bunu müzakirə etmək mənə düşmür. Amma biz performansımızdan zəif çıxış etdik, bunu hamı gördü. Çıxış yolu Litvaya qalib gəlməkdir." - Rəhbərlik sizi istefaya göndərsə, təzminatdan imtina edəcəksiniz? "Müqaviləmiz qışa qədərdir. Biz bura ən ağır dönəmdə gəldik. Məsuliyyətdən qaçınmadıq. Rəhbərlik nə qərar versə, mən onlardan razıyam. Vaxt hər şeyi göstərəcək." - Oyunun startından etibarən oyunçularda gərginlik var idi. Bu, ən çox Vüsal İsgəndərlidə hiss olunurdu. Səbəb nə idi? - Vüsalı yəqin ki, yaxşı izləmirsiniz. Hücumlarımız alınmırdı. Bu komandanın fərqi yaxşı müdafiə olunmasıdır. Dünən də bunu qeyd etdim. Vüsal həmişə belə aqressivdir. - Üç gündən sonrakı oyuna komandanı psixoloji cəhətdən hazırlamaq nə dərəcə çətindir? - Asan deyil. Bütün məsuliyyət məndədir. İstirahət edəcək oyunçularımız olacaq. - Siz gəldikdən sonra komanda irəliləyib, yoxsa daha da zəifləyib? - Mən bütün yoldaşlıq oyunların məğlub olan komandaya gəlmişdim. Əzmkarlıq artdı. Gənc oyunçular gəldi. Lakin bu yetərli deyil. Hücumçu problemimiz var. Buna vaxt lazımdır. İsər mən ol6m, istər başqası... Zaman önəmlidir. - Siz özünüz psixoloji cəhətdən təzyiqləri qarşılaya biləcəksiniz? - Mən bura gələndə belə şeyləri düşünüb gəldim. Bu təzyiqlərin olacağını bilirdik. - Dünən U-21-in oyunu oldu. Gənc nəsildən razısınız? Azərbaycan futbolunda işıq görürsünüz? - Bu haqda çox danışmaq olar. Əsas akademiyalardır. Olanımız budur. - Qapıya vurulan zərbələr azlıq təşkil edir. İki matçda bir qol vurulub. Nə etmək lazımdır ki, rəqibi məğlub etmək mümkün olsun? - Qapıya zərbələr üzərində çalışmaq bizim işimiz deyil. Vaxt az olur. Ümid edək ki, Litva ilə oyunda zərbələr və qollar olacaq. Əlisahib İbrahimli
"Azərbaycan millisinin çıxış yolu..." - Ayxan Abbasov
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev