Azarkeşləri "Turan Tovuz"u ziyana saldı 

Azarkeşləri "Turan Tovuz"u ziyana saldı 

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, komitə Misli Premyer Liqasının XXI turunda keçirilən “Turan Tovuz” - "Neftçi" (1:1) oyununda qeydə alınan neqativ hallarla bağlı ölçü götürüb.

Matçda “Turan Tovuz” klubunun azarkeşi tərəfindən meydançaya kənar əşya atıldığına görə meydan sahibi 800 manat cərimə edilib. Bundan başqa, yerli tərəfdarlar tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Turan Tovuz” daha 1000 manat ziyana düşüb. 

“Neftçi” də Tovuz səfərində azarkeşlərin davranışına görə xərcə düşüb. Belə ki, paytaxt təmsilçisinin tərəfdarları üçün ayrılmış sektorda sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərəri “Neftçi” ödəyəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər