UEFA Avropa Liqasının qrup mərhələsi ilə bağlı maraqlı statistik göstəriciləri açıqlayıb. Fanat.Az Avroliqanın "ən"lərini təqdim edir.
Komanda: "Şaxtyor"
"Şaxtyor" maksimum nəticə ilə qrup mərhələsinin ən yaxşısı olub. Ukrayna klubu keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Donetsk təmsilçisi qol sayında da digər 47 komandanı qabaqlayıb. Onlar 21 dəfə fərqlənib, 5 dəfə məyus olub.
Futbolçu: Giuliano
UEFA "Zenit"in futbolçusu Giulianonu fərqləndirib. 2011/12, 2012/13 və 2013/14 mövsümlərində "Dnepr"lə Avropa Liqasında oynasa da, diqqətləri üzərinə çəkə bilməyən braziliyalı bu yay "Qremio"dan "Zenit"ə transfer olunub və ilk mövsümdə komandanın aparıcı simalarından birinə çevirilib. 6 dəfə fərqlənərək Avroliqanın ən sərrast iki futbolçusundan biri olan Giuliano "Makkabi" (Təl-Əviv) və "Dandalk" matçlarında vurduğu qollarla komandasına vacib qələbələr qazandırıb.
Qol: Mussa Sov ("Fənərbaxça" - "Mançester Yunayted" 2:1)
UEFA Avroliqanın ən yaxşı qolunu da seçib. Bu ada "Fənərbaxça"lı Mussa Sov layiş görülüb. Seneqallı ulduzun "Mançester Yunayted"lə matçın 74-cü dəqiqəsində vurduğu qol "ən yaxşı olub. Matç türklərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyun: "Makkabi" (Təl-Əviv) - "Zenit" 3:4
Avroliqanın ən maraqlı və gərgin oyunu olaraq "Makkabi" (Təl-Əviv) - "Zenit" matçını seçib. Qarşılaşmanın 77-ci dəqiqəsindək meydan sahibləri 3:0 hesabı ilə öndə olsa da, sonda ruslar meydandan qalib ayrılıb - 4:3. Bu oyun Çempionlar Liqasının 2004/05 mövsümünün "Milan" - "Liverpul" finalını xatırladıb. Həmin vaxt ilə yarıda "Milan" 3 qol vursa da, "Liverpul" fasilədən sonra bərabərliyi təmin edib və penalti seriyasında qələbə qazanıb.
Performans: Aritz Aduriz ("Atletik" - "Genk" 5:3)
"Roma"nın kapitanı Françesko Totti "Astra" matçında 3 qol ötürməsi het-trik etsə də, "Atletik"in ulduzu Aritz Aduriz onun rekordunu alt-üst edib. 35 yaşlı ispan hücumçu "Genk" matçında 5 qola imza ataraq yüksək səviyyəli performans nümayiş etdirib.
Azarkeş: 73.063 ("Mançester Yunayted" - "Fənərbaxça" 4:1)
Ən yüksək göstərici "Mançester Yunayted" - "Fənərbaxça" matçında qeydə alınıb. "Old Trafford"da baş tutan və ingilislərin 4:1 hesablı qələbə qazandığı qarşılaşmanı 73.063 nəfər izləyib.
İlk və erkən qol: Jan Sikora ("Qarabağ" - "Slovan" 1:1)
Qrup mərhələsinin ilk qolu "Qarabağ"ın qapısına vurulub. Bu ilk turun Bakıda baş tutan "Qarabağ" - "Slovan" matçında qeydə alınıb. Çexlərin futbolçusu Jan Sikora qarşılaşmanın 11-ci saniyəsində həm mövsümün ilk, həm də ən erkən qolunu vurub. "Slovan" PAOK-la qarşılaşmada daha bir erkən qol vurub.
Bu arada UEFA Avroliqanın rəmzi komandasını da açıqlayıb:
Qapıçı: Bred Cons ("Feyenoord").
Müdafiəçilər: Simor Kyer ("Fənərbaxça"), Virqil van Deyk ("Sauthempton"), Pol Lirola ("Sassuolo"), Domeniko Krişito ("Zenit").
Yarımmüdafiəçilər: Daniel Miliçevin ("Gent"), Rafael Xolçxauzer ("Austriya"), Julianu ("Zenit").
Hücumçular: Leon Beyli ("Genk"), Nikola Kaliniç ("Fiorentina"), Edin Ceko ("Roma").
Fanat.Az