"Aris" "Qarabağ" qədər aqressiv komanda deyil" - "Rakuv"un baş məqşçisi

"Aris" "Qarabağ" qədər aqressiv komanda deyil" - "Rakuv"un baş məqşçisi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Kipr "Aris"ini 2:1 hesabı ilə məğlub edən "Rakuv"un baş məşqçisi David Şvarqa adalıları "Qarabağ"la müqayisə edib.

Fanat.Az xəbər verir ki, Polşa klubunun çalışdırıcısı oyunsonrası mətbuat konfransında belə danışıb:

"Aris" "Qarabağ" qədər aqressiv komanda deyil. "Qarabağ" topu daha çox özündə saxlayırsa, Kipr klubu daha çox əks-hücumlardan faydalanmağa çalışır".

Qeyd edək ki, "Rakuv" “Qarabağ”ı ÇL-in 2-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb.  Polşadakı görüşdə 3:2 hesablı qələbə qazanan Şvarqanın yetirmələri Bakıdakı bərabərliyə nail olmuşdu - 1:1.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər