"Araz-Naxçıvan"la "Zaqatala"nın taleyinə nə vaxt aydınlıq gələcək? - AÇIQLAMA

"Araz-Naxçıvan"la "Zaqatala"nın taleyinə nə vaxt aydınlıq gələcək? - AÇIQLAMA

AFFA-nın Lisenziya Komissiyasının dünən keçirilən iclasında 2023/2024-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək istəyən klubların müraciətlərinə baxılıb. Növbəti mövsüm Premyer Liqada çıxış etmək üçün hazırki 10 iştirakçı ilə yanaşı, I Divizion təmsilçilərindən "Araz-Naxçıvan" və “Zaqatala”ya lisenziya verilib.  

Komissiyanın qərarı AFFA-nın İcraiyyə Komitəsində təsdiqlənməli və hüquqi qüvvəyə minməlidir. Bu barədə Fanat.Az-a açıqlama verən qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla komitəsin iclasının nə vaxt keçiriləcəyinə aydınlıq gətirib: "İclas mövsümün sonuna nəzərdə tutulub. İK üzvləri mayın sonu və ya iyunun əvvəlində bir araya gələrək gündəlikdəki məsələlərlə bağlı qərar verəcəklər".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər