"Araz-Naxçıvan"ın oyunçusu diskvalifikasiya edildi - 4 oyunluq

"Araz-Naxçıvan"ın oyunçusu diskvalifikasiya edildi - 4 oyunluq

AFFA İntizam Komitəsi “Araz Naxçıvan” futzal klubunun oyunçusu Mateus Lukas Dos Santosu 4 oyunluq diskvalifikasiya edib.

Fanat.Az xəbər verir ki, buna səbəb onun Yüksək Liqanın IV turunda “Record club”a qarşı oyundakı təcavüzkar davranışı olub.

Qarşılaşmanın 26-cı dəqiqəsində rəqibi bilərkdən ayaqla vurduğuna görə birbaşa qırmızı vərəqə alan Mateus komandasının qarşıdakı 4 oyununu buraxacaq.

Qeyd edək ki, görüş “Araz Naxçıvan”ın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər