"Araz Naxçıvan"dan yeni transferlər

"Araz Naxçıvan"dan yeni transferlər

"Araz-Naxçıvan" heyətinə yeni futzalçılar cəlb edib.

Fanat.Az xəbər verir ki, son ölkə çempionu Bosniya və Herseqovinadan Miloş Todoriçi transfer edib.

Serbiyanın “Loznitsa Qrad” klubundan “qırmızı-ağlar”a təşrif buyuran 20 yaşlı oyunçu ilə anlaşma mövsümün sonuna qədərdir.

“Araz-Naxçıvan”ın digər transferi yerli futzalçıdır. Nijni-Novqorod şəhərinin təmsilçisi “Torpedo-2”nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonunadək “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl braziliyalı hücumçu Andre Korrea dos Santosla anlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər