"Araz Naxçıvan"dan növbəti transfer - RƏSMİ

"Araz Naxçıvan"dan növbəti transfer - RƏSMİ

Birinci Divizionun lideri "Araz Naxçıvan" növbəti transferini reallaşdırıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, muxtar respublika təmsilçisi Emin Məcidzadəni sıralarına qatıb.

O, "Sabah" klubundan icarəyə götürülüb. Gənc hücumçu bu mövsümün sonuna kimi "Araz Naxçıvan"da çıxış edəcək.

Qeyd edək ki, Naxçıvan klubu bundan əvvəl "Neftçi"nin sabiq yarımmüdafiəçisi Fəhmin Muradbəylini və Gürcüstanın "Spaeri" komandasından müdafiəçi Nika Baçaliaşvilinin keçidini açıqlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər