"Araz-Naxçıvan"dan növbəti transfer 

"Araz-Naxçıvan"dan növbəti transfer 

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, Premyer Liqada çıxış edəcək əyalət təmsilçisi braziliyalı yarımmüdafiəçi Vanderson Kavalkante Melo ilə anlaşıb. 

"Araz-Naxçıvan"dan növbəti transfer  Tibbi müayinədən keçən 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. 

Futbolçunun sonuncu klubu Odessa “Çernomorets”i olub. Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər