Futbol üzrə Azərbaycan I Divizionunda XXV tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 görüş baş tutub.
Səfərdə MOİK-lə qarşılaşan lider “Araz Naxçıvan” bu rəqibinə də qalib gəlib. “Zaqatala” doğma meydanda “Kəpəz-2”, “Qaradağ Lökbatan” “Turan Tovuz-2”, “Mingəçevir” isə “Qəbələ-2” üzərində qələbəyə sevinib.
I Divizion XXV tur 17 aprel
MOİK – Araz Naxçıvan 1:2 Qol: Muxtar Nəzərli, 86 – Fərid Kərimzadə, 21. Xəyal Tomarov, 62. Binə qəsəbə stadionu, 15:00
Zaqatala – Kəpəz-2 2:0 Qol: Cəlal Cəbrayılov, 20. Bəhruz Teymurov, 61-pen. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00
Qaradağ Lökbatan – Turan Tovuz-2 3:0 Qol: Ceyhun Muxtarlı, 2. Mehdi Həşimov, 28. Ürfan İsmayılov, 55. Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00
Mingəçevir – Qəbələ-2 1:0 Qol: Tural Məmmədzadə, 45+1. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:00
18 aprel
Səbail-2 – Zirə-2 “ASCO Arena”, 15:00
Qarabağ-2 – Şamaxı-2 Binə qəsəbə stadionu, 15:00
Neftçi-2 – Sumqayıt-2 Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00