"Araz-Naxçıvan"dan bərbad çıxış: Qrupda qaldı - YENİLƏNDİ

"Araz-Naxçıvan"dan bərbad çıxış: Qrupda qaldı - YENİLƏNDİ

"Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ikinci görüşündə Serbiya "Loznika Qrad"ı ilə üz-üzə gəlib. Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da oynanılan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionundan yeganə qolu 19-cu dəqiqədə Vitao vurub. 

Qrupda keçirdiyi ardıcıl ikinci oyunda da uduzan "Araz-Naxçıvan" növbəti mərhələyə çıxmaq şanslarını itirib. Qeyd edək ki, Joze Alesio da Silvanın başçılıq etdiyi təmsilçimiz ilk matçda "Orebru"ya 2:5 hesabı ilə uduzub.

UEFA Çempionlar Liqası Əsas mərhələ, 5-ci qrup

27 oktyabr

"Loznika Qrad" (Serbiya) - "Araz-Naxçıvan" (Azərbaycan) 4:1 Qollar: Mladen Koçiç, 13; 37. Nemanya Milosavlyeviç, 16. Dorce Roşiç, 24  - Vitao, 19 Hakimlər: Jan Kresta (Çexiya), Josip Dujmiç (Xorvatiya), Viktor Chaix (Fransa) Timekeeper: Farik Keco (Bosniya və Herseqovina) Hakim-inspektor: Boqdan Soresku (Rumıniya) UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər