Bu gün I Divizionda X turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, turun ikinci günündə daha 4 matç baş tutub.
"Şamaxı" və "Qəbələ"nin əvəzediciləri evdə rəqiblərini 4 qolla məğlub ediblər. "Turan Tovuz-2" isə "Qaradağ Lökbatan"la görüşdə son dəqiqə qolları ilə əzmkar qələbə qazanıb. Nəhayət, turun mərkəzi qarşılaşmasında "Araz Naxçıvan" MOİK-lə üz-üzə gəlib. Dramatik keçən qarşılaşmada Azər Bağırovun komandası 3 qol vurmasına baxmayaraq, qələbə qazana bilməyib və beləliklə, ardıcıl ikinci xal itkisiylə barışıb.
Qeyd edək ki, turun üç matçı dünən oynanılıb. I divizion, X tur
2 noyabr
"Şamaxı-2" – "Qarabağ-2" 4:1 Qollar: Tapdıq Əhmədiv, 10, 19-pen. Uğur Cahangirov, 40, 59 - Şirxan Həsənzadə, 54. Seyxan Fərəcov, 78. Hakimlər: Kamran Əliyev, Səbuhi Sultanov, Rasim Axundov, Tural İbrahimov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Asif Əliyev. Şamaxı. Şəhər stadionu.
"Turan Tovuz-2" – "Qaradağ Lökbatan" 2:1 Qollar: Elçin Qasımov, 86. İzzət Müştaqov, 90 - Ceyhun Muxtarlı, 65. Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Sənan Atayev, İrşad Aydınov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Yavər Rəhimov. Tovuz. Şəhər stadionu.
"Qəbələ-2" – "Mingəçevir" 4:0 Qollar: Fərid İsgəndəriv, 44. Süleyman Damadayev, 64. Tolqar Yaqubov, 76. Aqil Nəsibov, 80. Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Tərlan Talıbzadə, İslam Məmmədov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Mübariz Hüseynov. Qəbələ. Şəhər stadionu (ehtiyat meydança).
Araz Naxçıvan – MOİK 3:3 Qollar: Həzrət İsayev, 8. Ege Atlam Adnan, 26, Orxan Əliyev, 53 - İlham Allahverdiyev, 21, 82, 84 Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Ruslan Quliyev, Sərxan İsmayılov Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: İlham Əliyev. Naxçıvan. Muxtar Respublika stadionu.