Yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bosniya və Herseqovinalı yarımmüdafiəçi qarşıdakı 1 ildə də komandamızın formasını geyinəcək.
Qeyd edək ki, futbolçu ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində çıxış edib.
Muxtar Respublika təmsilçisi buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlayıb.