"Araz-Naxçıvan"da yeni legioner - RƏSMİ

"Araz-Naxçıvan"da yeni legioner - RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti oyunçu keçidini həll edib. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalanıb.  "Araz-Naxçıvan"da yeni legioner - RƏSMİ 27 yaşlı yarımmüdafiəçi karyerası ərzində vətənində “Modriça Maxima”, “Zvijezda”, “Banja Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo” klublarının formasını geyinib. O, legioner kimi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Mouscron”, Sloveniyanın “Rudar Velenje” və “Celje” klublarının heyətində çıxış edib. 

Ötən mövsümü “Tuzla Siti”də keçirən Kuzmanoviç 2023-2024-cü il mövsümünü “Araz-Naxçıvan”da keçirəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər