“Araz-Naxçıvan”da iki zədəli

“Araz-Naxçıvan”da iki zədəli

Premyer Liqanın növbəti turunda “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” məşqlərini gündə bir dəfə olmaqla davam etdirir.

Fanat.Az xəbər verir ki, “Sumqayıt”la oyunun birinci hissəsində zədələnən və matçı davam etdirə bilmədiyinə görə fasilədə əvəzlənən Məhəmməd Kadirinin, eləcə də məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin Gəncədəki görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadır.

“Kəpəz” – “Araz-Naxçıvan” oyunu sentyabrın 3-də, saat 17:00-da, Gəncə şəhər stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər