“Araz-Naxçıvan”da braziliyalı müdafiəçi - RƏSMİ

“Araz-Naxçıvan”da braziliyalı müdafiəçi - RƏSMİ

Sabah Azərbaycan Premyer Liqasında ilk oyununa çıxacaq “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir. 

Fanat.Az xəbər verir ki, debütant bu gün daha bir legionerlə müqavilə imzalayıb. 

Braziliyalı İqor Ribeyro 1 il ərzində “Araz-Naxçıvan”ın formasını geyinəcək. Mərkəz müdafiəçisinin sonuncu klubu Paraqvay “Takuari”si olub. 26 yaşlı futbolçu buna qədər  vətənində “Qama”, “Bandeirante” və “Ceilandia” komandalarının heyətində çıxış edib.  

“Araz-Naxçıvan”da braziliyalı müdafiəçi - RƏSMİ Xatırladaq ki, "Araz-Naxçıvan" buna qədər Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui, Elvis Maşike, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər