Bu gün futzal üzrə Yüksək Liqada 18-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər veri ki, turun bütün görüşləri “Olimpik Star”da baş tutub.
Pley-offa vəsiqəni təmin etmiş “Record” “Alyans”la üz-üzə gəlib. Qələbəni nominal meydan sahibləri qazanıb.
Mərkəzi oyunda isə lider “Araz Naxçıvan”la ən yaxın izləyicisi “Baku Fire” üz-üzə gəlib. Birinci hissə daha gərgin keçib. “Araz Naxçıvan” 3 ardıcıl qol vursa da, qonaqlar fərqi 2-yə endirməyi bacarıb. Fasilədən sonra isə lider əbəs yerə iddialı olmadığını göstərib.
Turun son matçında U-19 yığmamız “Neftçi” İK ilə qarşılaşıb. Komandalar fasiləyə 1 top fərqi ilə yollanıblar. Təcrübəli “Neftçi” bu üstünlüyünü ikinci hissədə bir qədər də artırıb və yekunda aktivinə 3 xal yazdırıb.
Yüksək Liqa 18-ci tur 22 aprel
Alyans – Record 5:4 Qollar: Mohammedhossein Heydarpur, 3:58. Aqa Takliq Ali, 6:16; 33:22. Arzu Abbasov, 22:07. İmaməli Hüseynov, 25:30 - Taryel Xasıyev, 8:48. Emil Valehov, 15:02. Tofiq Məlikov, 23:52. İzzət Mehdiyev, 32:48. Hakimlər: Ramil Namazov, Hidayət Feyzullayev, İmran Məhərrəmov. Hakim-inspektor: Azər Əsgərov. “Olimpik Star”. Saat 13:00.
Araz Naxçıvan – Baku Fire 6:1 Qollar: Nata Felipe, 2:32; 22:46. Amadeu, 3:21; 22:05. Katatau, 3:51. İsa Atayev, 26:47 - Sezar Auqusto, 5:42. Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Mahir Məmmədov. Hakim-inspektor: Elçin Səmədli. “Olimpik Star”. Saat 15:00.
U-19 – Neftçi İK 4:8 Qollar: Şahbaz Həndəmli, 8:17. Fərid Abbasov, 14:49. Sunay Həsənov, 19:17 - Ülvi Əliyev, 4:27; 20:58. Məhəmməd Abbasov, 6:41; 7:08. Mirzə Əmirov, 16:13; 26:38. Namiq Məmmədkərimov, 28:33. Fərid Atakişiyev, 29:57. Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Ceyhun Hüseynov. Hakim-inspektor: Azad Hüseynov. “Olimpik Star”. Saat 17:00.