“Araz-Naxçıvan” üçün əlamətdar oyun

“Araz-Naxçıvan” üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 8-ci turu “Araz-Naxçıvan” üçün əlamətdar olub. 

Fanat.Az Peşəkar Futbol iqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi ölkə çempionatının yüksək dəstəsində 50-ci matçını keçirib.

Bu, “Zirə” ilə ev qarşılaşmasına təsadüf edib. Görüşdə minimal hesabla qələbə qazanan meydan sahibləri yubileydə üç xala sevinib – 1:0.

2000/01 və 2001/02 mövsümlərində də elitada çıxış edən “Araz-Naxçıvan” 3-cü dəfə mübarizə aparır. 2014/15 mövsümündə Premyer Liqada yarışa başlayan komanda mübarizəni erkən dayandırdığı üçün həmin nəticələr ləğv edilib.

50 qarşılaşmada 14 qələbə və 9 heç-heçəsi olan naxçıvanlılar 27 dəfə uduzub. Komandanın debütü isə 2000-ci il avqustun 5-də gerçəkləşib. “Qarabağ”ın qonağı olan “Araz-Naxçıvan” səfərdən xalsız ayrılıb – 0:1

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər