Bu gün "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasinda ilk oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Türkiyə çempionu "İstanbul Şişli" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Bu görüş "Araz-Naxçıvan"ın və Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov üçün əlamətdar olacaq. O, ilk rəsmi sınağına ÇL-də çıxacaq.
“Araz-Naxçıvan” – “İstanbul Şişli” (Türkiyə) Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr) Timekeeper: Kiazo Leladze (Latviya) Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna) UEFA nümayəndəsi: Massimo Nanni (San Marino) 23 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda Türkiyə təmsilçisi ilə yanaşı, Almaniya “Yan Regensburq”u və Latviya "Riqa"sı ilə birgə mübarizə aparacaq. Bu qrupun oyunları Latviyada keçiriləcək.