Futbol üzrə Azərbaycan I Divizionunda XXIV tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə 4 görüş baş tutub.
“Zirə-2” – “Qaradağ Lökbatan” matçında qapılara qol vurulmayıb. “Qəbələ-2” MOİK-i 3 cavabsız qolla yenib. “Turan Tovuz-2” də “Mingəçevir”i məğlub yola salıb. “Sumqayıt”la “Səbail”in əvəzediciləri arasındakı görüşdə isə qonaqlar qələbə qazanıblar.
Bu nəticələrin ardından I Divizionda Premyer Liqaya vəsiqəni təmin edən komanda müəyyənləşib. Bu turu məğlubiyyətlə bitirən MOİK-in lider “Araz Naxçıvan”a çatmaq şansı qalmayıb. 4-cü pillədəki “hərbçilər”i Naxçıvan təmsilçisi ilə yanaşı, “Neftçi” və “Qəbələ”nin ikinci komandaları qabaqlayır. 54 xalı olan “Araz Naxçıvan” sona 5 tur qalmış əvəzediciləri çıxmaq şərtilə divizion təmsilçilərindən ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır. Bu isə o deməkdi ki, mövsümün sonunda lisenziyalaşdırma ilə bağlı problem yaşamasa, “Araz Naxçıvan” növbəti mövsümü elitada keçirəcək.
I Divizion XXIV tur 11 aprel
Zirə-2 – Qaradağ Lökbatan 0:0 Hakimlər: Kamran Əliyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Murad Səlimov Binə qəsəbə stadionu, 15:00
Qəbələ-2 – MOİK 3:0 Qol: Sənan Ağalarov, 52; 88-pen. Okan Təhməzli, 90+2. Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Namiq Bəkirov Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00
Turan Tovuz-2 – Mingəçevir 2:1 Qol: Famil Camalov, 43. Sadiq Şəfiyev, 59-pen – Tural Məmmədzadə, 62. Hakimlər: Rövşən Rəcəbov, Anar Bədəlov, Aydın Baxşıyev, Tural İbrahimov Tovuz şəhər stadionu, 16:00
Sumqayıt-2 – Səbail-2 1:2 Qol: Cavidan Abbaszadə, 73 – Balamirzə Soltanov, 71. Xəyal Bədirov, 88. Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rəsul Babayev “Sumqayıt Arena” (ehtiyat meydança), 16:00
12 aprel
Şamaxı-2 – Zaqatala Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Sevda Nuriyeva, Emin Əliyev Şamaxı şəhər stadionu, 15:00
Kəpəz-2 – Neftçi-2 Hakimlər: Fərid Hacıyev, Elman Kərimov, Tərlan Talıbzadə, Əli Əliyev Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00
İmişli – Qarabağ-2 Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Sənan Atayev, Şamil İmanzadə Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:00