“Araz-Naxçıvan” oyunöncəsi son məşqini Gəncədə reallaşdırdı

“Araz-Naxçıvan” oyunöncəsi son məşqini Gəncədə reallaşdırdı

Premyer Liqanın 26-cı turunda “Turan Tovuz”un qonağı olacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçirib.

Fanat.Az xəbər verir ki, komandanın Gəncə şəhər stadionunun ehtiyat meydanında (süni örtüklü) təxminən 1 saat davam edən hazırlıq prosesində müalicəsi davam edən Abdulla Rzayev, eləcə də cəzalı olduğuna görə meydana çıxa bilməyəcək Miço Kuzmanoviç və Məhəmməd Kadiri iştirak etməyiblər.

Sözügedən qarşılaşma sabah Tovuz şəhər stadionunda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər