"Araz-Naxçıvan" ilk xal itkisi ilə üzləşdi

"Araz-Naxçıvan" ilk xal itkisi ilə üzləşdi

Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 8-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 3 görüş baş tutub.

"Zirə-2" "Mingəçevir"lə görüşdə 3 xalı 3 cavabsız qolla qazanıb. "Turan Tovuz"un əvəzediciləri isə MOİK-i minimal hesabla üstələyib. 

Turun diqqət çəkən nəticəsi "Qəbələ-2" ilə lider "Araz Naxçıvan" arasındakı görüşdə qeydə alınıb. İlk 7 oyunun hamısından qalib ayrılan naxçıvanlılar nəhayət, büdrəyiblər. Oyunun gedişində hesabda geri düşən "Qəbələ" matça əlavə olunmuş dəqiqələrdə bərabərlik qolunu vurmağa müvəffəq olub.

I Divizion 

VIII tur

19 oktyabr 

“Zirə-2” – “Mingəçevir” 3:0 Qollar: Xəqani Sadıxov, 8-pen, 89, Vüsal Əliyev, 87  Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva Hakim-inspektor: Ceyhun Haşımov “ASK Arena”

“Turan Tovuz-2” – MOİK 1:0 Qol: Nazim Həsənzadə, 89 Hakimlər: Namiq Bəkirov, Elman Kərimov, Zakir Şükürzadə, Mahmud Bağırzadə Hakim-inspektor: Ramil Diniyev Tovuz şəhər stadionu

“Qəbələ-2” – “Araz Naxçıvan” 1:1 Qollar: Xəyal Xudaverdiyev, 90+3 - Orxan Əliyev, 69-pen. Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Teymur Teymurov, Şamil İmanzadə Hakim-inspektor: Anar Salmanov Qəbələ şəhər stadionu (ehtiyat meydança)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər