Bu gün futbol üzrə I Divizionda XI tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun açılış günü üç matç keçirilib.
Lider "Araz Naxçıvan" səfərdə "Mingəçevir"lə qarşılaşıb. Azər Bağırovun komandası ardıcıl iki heç-heçədən sonra bu dəfə məğlubiyyət acısı yaşayıb. "Qaradağ Lökbatan" "Qəbələ-2" ilə dueldə çətin qələbə qazanıb. "Səbail-2" - "Turan Tovuz-2" görüşündə isə meydan sahibləri üç xalı bayram edib.
Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.
I Divizion XI tur 8 noyabr
“Mingəçevir” – “Araz Naxçıvan” 1:0 Qol: Roman Hüseynov, 36 Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Taleh Məmmədov, Sərxan İsmayılov Hakim-inspektor: Babək Quliyev Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00 (canlı/pfl.az)
“Qaradağ Lökbatan” – “Qəbələ-2” 2:1 Qollar: Rəvan Abbasov, 69, Sabir Allahquliyev, 85-pen. - Rauf Məhərrəmov, 58 Hakimlər: Emin Əliyev, Zakir Şükürzadə, Gülnurə Əkbərzadə, Rəsul Babayev Hakim-inspektor: Ceyhun Haşımov Lökbatan OİK stadionu, 14:30
“Səbail-2” – “Turan Tovuz-2” 1:0 Qol: Vidadi Cəfərov, 18 Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Fəridə Lütfəliyeva Hakim-inspektor: Əmrah İbrahimov “ASCO Arena”, 14:00 (canlı/pfl.az)