Futbol üzrə Azərbaycan I Divizionda XXIII turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, turun sonuncu oyun günündə dörd matç baş tutub.
Lider "Araz Naxçıvan" ilk "üçlük"də qərarlaşan "Qəbələ-2" ilə ev oyununda heç-heçəyə razılaşıb. Beləliklə Azər Bağırovun baş məşqçisi olduğu komanda ardıcıl 7 qələbədən sonra xal itkisi ilə üzləşib. Naxçıvanlılar qış fasiləsindən sonra keçirdikləri bütün görüşlərdə meydanı 3 xalla tərk etmişdilər.
Digər oyunlara gəlincə, MOİK "Turan Tovuz-2" ilə görüşdə inamlı, "Qaradağ Lökbatan" isə Sumqayıtda yerli komanda üzərində əzmkar qələbə qazanıb. "Mingəçevir"lə "Zirə-2"-nin duelində isə qalib müəyyənləşməyib.
5 aprel
“Araz Naxçıvan” – “Qəbələ-2” 0:0 Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Emin Əliyev Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Eldəniz Musayev Naxçıvan Muxtar Respublika stadionu, 13:00 (canlı/Insports.Tv)
MOİK – “Turan Tovuz-2” 2:0 Qollar: İlham Allahverdiyev, 65. İsa Zeynallı, 68. Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Sənan Atayev, Kamran Əliyev Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Elçin Məmmədov Binə qəsəbə stadionu, 15:00
“Sumqayıt-2” – “Qaradağ Lökbatan” 1:3 Qollar: Xəzər Mahmudov, 15 - Nihad Ağayev, 57-öz qapısına. Ramin Məhərrəmli, 65. Ceyhun Muxtarlı, 82. Hakimlər: Namiq Bəkirov, Vüqar Bayramov, Ruslan Quliyev, Murad Səlimov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Erkin Hüseynov “Kapital Bank Arena” (ehtiyat meydança), 15:30
“Mingəçevir” – “Zirə-2” 1:1 Qollar: Tural Məmmədzadə, 67 - Taleh Fərmanov, 66. Hakimlər: Əli Əliyev, Elman Kərimov, Zakir Şükürzadə, Tural İbrahimov Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Emin Cəfərov Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:30 (canlı/Insports.Tv)