"Araz-Naxçıvan" fransalı futbolçu ilə müqavilə imzaladı - RƏSMİ

"Araz-Naxçıvan" fransalı futbolçu ilə müqavilə imzaladı - RƏSMİ

“Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirib. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Muxtar Respublika təmsilçisi Aksel Nqando ilə anlaşıb. Fransa vətəndaşı olan Nqando artıq Bakıdadır. Tibbi müayinədən keçən futbolçu ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.  

"Araz-Naxçıvan" fransalı futbolçu ilə müqavilə imzaladı - RƏSMİ 30 yaşlı hücumameyilli yarımmüdafiəçi müxtəlif illərdə Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Klub karyerası zəngin olub futbolçu “Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində də özünü sınayıb. Yarımmüdafiəçinin son klubu Fransada “Qrenobl” olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər