“Araz Naxçıvan” ən yaxın izləyicisinə yenə qalib gəldi

“Araz Naxçıvan” ən yaxın izləyicisinə yenə qalib gəldi

Bu gün futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Turun mərkəzi oyununda lider “Araz Naxçıvan”la ən yaxın izləyicisi “Baku Fire” üz-üzə gəlib. Qış fasiləsinə qədər keçirilmiş hər iki oyunda qalib gəlmiş Joze Alesio Da Silvanın yetirmələri bu dəfə də sürprizə imkan verməyib.

Günün digər oyunlarında “Record” “Alyans”a qalib gəlibsə, U-19 da “Neftçi”yə məğlub olub.

Yüksək Liqa XIII tur 16 fevral

Araz Naxçıvan - Baku Fire 10:2 Qollar: Xətai Bağırov, 6:06; 16:44; 32:39. Felipinyo, 11:36; 27:36. Ramiz Çovdarov, 18:38. Nata Felipe de Moraes, 25:11; 28:34; 35:28. Xəzər Ağalızadə, 36:56 - Yaqo Henrique Pereyra de Abreu, 19:31. Elvin Quliyev, 22:24. Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Şakir Quliyev. Hakim-inspektor: Füzuli Nəcəfov. “Olimpik Star”. Saat 14:00.

Alyans - Record 3:6 Qollar: İmaməli Hüseynov, 21:10. Aqa Takliq Ali, 31:57; 34:12 - Mojtaba Vali, 9:30; 36:25. Mahdi Rahmanifar, 10:11. Emil Valehov, 11:13. Elmir Xəlilov, 25:53; 29:49. Hakimlər: Ramil Namazov, Ceyhun Hüseynov, Elgün Hüseynov Hakim-inspektor: Murad Məmmədov. “Olimpik Star”. Saat 16:00.

U-19 - Neftçi İK 1:9 Qollar: Kərim Babayev, 35:23 - Fərid Atakişiyev, 1:40; 34:01. Asif Zeynalov, 5:11; 34:40. Nurlan Mehdizadə, 11:23; 31:47. Rüfət Balakişiyev, 13:39. Ali Mikaeli, 24:50; 30:52. Hakimlər: Ziya Nəsirov, Mahir Məmmədov, Anar Fərəcov. Hakim-inspektor: Ramiz Əsədov. “Olimpik Star”. Saat 18:00.

Xal: Araz Naxçıvan – 37. Baku Fire – 28. Neftçi İK – 26. Record – 18. U-19 – 3. Alyans – 3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər