"Araz-Naxçıvan" Elmar Baxşıyevlə bağlı qərarını verdi - RƏSMİ

"Araz-Naxçıvan" Elmar Baxşıyevlə bağlı qərarını verdi - RƏSMİ

“Araz-Naxçıvan” klubunun rəhbərliyi baş məşqçi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni anlaşmanın müddəti 1 illikdir. 

Mütəxəssis 2024/25-ci il mövsümündə “qırmızı-ağlar”ı çalışdıracaq. 

“Araz-Naxçıvan”ın yeni mövsümlə bağlı hazırlıq planı, eləcə də transfer çalışmaları barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, başa çatan mövsümün son 7 oyununda “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər