"Araz-Naxçıvan" daha bir oyunçu ilə müqavilə imzaladı

"Araz-Naxçıvan" daha bir oyunçu ilə müqavilə imzaladı

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il qışda Muxtar Respublika təmsilçisinə keçən Ramin Nəsirli yeni mövsümdə də “qırmızı-ağlar”ın heyətində yer alacaq. 

U-21 millimizin də heyətinə cəlb olunan yarımmüdafiəçi ilə imzalanan yeni anlaşmanın müddəti 1 ildir.

Qeyd edək ki, buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər