"Araz-Naxçıvan" bu dəfə Özbəkistan millisinin üzvünü gətirdi - RƏSMİ

"Araz-Naxçıvan" bu dəfə Özbəkistan millisinin üzvünü gətirdi - RƏSMİ

Yeni mövsümdə ilk sınağını futzal üzrə UEFA Çempionlar Liqasında verəcək “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. 

Fanat.Az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu Özbəkistan millisinin daha bir üzvü ilə anlaşıb. 

Söhbət 34 yaşlı Dilşod Rahmatovdan gedir. Son klubu “Jizzax-kenteks” olan müdafiəçi icarə əsasında Çempionlar Liqasının oyunlarında təmsilçimizə kömək edəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç, özbək Husniddin Nişonov və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər