"Araz-Naxçıvan" braziliyalı oyunçu ilə gücləndi

"Araz-Naxçıvan" braziliyalı oyunçu ilə gücləndi

Qış transfer pəncərəsindən maksimum yararlanmağa çalışan “Araz-Naxçıvan” heyətini gücləndirməyə davam edir.

Fanat.Az xəbər verir ki, ölkə çempionu bu dəfə braziliyalı futzalçı ilə anlaşıb. 

“Stolb” mövqeyində oynayacaq Dioqo Auqusto mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğuru üçün tər tökəcək. 24 yaşlı futzalçı ölkəsində “Taboao da Serra” və “San Paulo” klublarıda çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər