"Araz-Naxçıvan" Almaniya çempionu ilə üz-üzə

"Araz-Naxçıvan" Almaniya çempionu ilə üz-üzə

UEFA Çempionlar Liqasında iştirak edən "Araz-Naxçıvan" bu gün ikinci oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu Almaniya təmsilçisi "Yahn Regensburq"la üz-üzə gələcək.

Latviyada baş tutacaq görüş saat 15:00-da start götürəcək.

Qeyd edək ki, Vitali Borisovun baş məşqçi olduğu komanda dünən ÇL-in ilk oyununda Türkiyə çempionu "İstanbul Şişli"yə 9:1 hesabı ilə qalib gəlib. Qrupun açılış turunda meydan sahibi "Riqa" almanları 3:1 hesabı ilə üstələyib.

“Jahn Regensburq” (Almaniya) – “Araz-Naxçıvan” Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Piccola (İtaliya), Arttu Kyynaeraeinen (Finlandiya) Timekeeper: Kiazo Leladze (Latviya) Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna) UEFA nümayəndəsi: Massimo Nanni (San Marino) 24 avqust. Salaspils. Salaspils İdman Arenası. Saat 15:00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər