Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçu ilə bağlı qərarını verib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevlə ortaq məxrəcə gəlinib.
Adları qeyd olunan futbolçular 2024/25 mövsümündə də “Araz-Naxçıvan”ın heyətində yer alacaqlar. Daha bir neçə futbolçu ilə danışıqlar isə davam edir.
Qeyd edək ki, “Araz-Naxçıvan” Urfan Abbasov, Ömər Buludov, Tərlan Əhmədli və Ülvü İsgəndərovla da müqavilə imzalayıb.