"Araz-Naxçıvan" 2 futbolçusunu oynada bilməyəcək, Orxan isə...

"Araz-Naxçıvan" 2 futbolçusunu oynada bilməyəcək, Orxan isə...

Misli Premyer Liqasının 20-ci turunda "Araz-Naxçıvan"  "Sumqayıt"la qarşılaşacaq. "Kimyaçılar"ı müvəqqəti məskunlaşdığı Mərdəkanda qəbul edəcək nominal ev sahibi görüşə itkilərlə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında Muxtar Respublika təmsilçisinin sözçüsü Mahal Məmmədov deyib:

"Abdulla Rzayev cəzalıdır. İsmail Azzaui zədəlidir. Orxan Əliyevin isə "Sumqayıt"a qarşı oynayıb-oynamayacağı dəqiq bilinmir".

Qeyd edək ki, sabah reallaşacaq "Araz Naxçıvan" - "Sumqayıt" qarşılaşması 15:00-da start götürəcək.

Nahid Məmmədov  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər