Afrikada Yaya Ture kimisi olmamışdı - Rekord

Afrikada Yaya Ture kimisi olmamışdı - Rekord

Çempionlar Liqasının pley-off mərhələsində "Selye"ni mübarizədən kənarlaşdıran "Slovan" turnirin əsas mərhələsinə yüksəlməklə tarixi uğura imza atıb.

Fanat.Az xəbər verir ki, Slovakiya klubunun baş məşqçisi Yaya Ture qitənin ən nüfuzlu klub turnirində unikal rekordun sahibi olub. 

"Squawka"-nın məlumatına görə, o, komandasını Çempionlar Liqasının Liqa mərhələsinə çıxara bilən ilk afrikalı mütəxəssis olub.

Sloveniya təmsilçisi ilə görüşə qədər "Slovan" daha iki seçmə mərhələni keçmişdi. Sözügedən komanda pley-offa qədər Gürcüstan "İberiya"sını və İsveçin "Melibü" komandalarını mübarizədən kənarlaşdırmışdı.

L mərhələnin püşkatmasının nəticələrinə görə , "Slovan" LASK (Avstriya), "Lill" (Fransa), PSJ (Fransa), "Roma" (İtaliya), "İnter" (İtaliya), "Betis" (İspaniya), "Ştutqart" (Almaniya) və "Şaxtyor Donetsk" (Ukrayna) komandaları ilə oynayacaq. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər