Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Fanat.Az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda səfərdə Şotlandiya ilə qarşılaşacaq. Kilmarnok şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Matç Norveçdən olan hakimlər briqadası idarə edəcək. FIFA referisi Matiyas Stöfrinqshauqa həmyerliləri Erland Hareland və Edvard Helgerud köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mohammad Usman Aslam yerinə yetirəcək. Səkkiz oyundan sonra 7 xalla 5-ci yerdə qərarlaşan U-21 qrupdakı növbəti oyununu oktyabrın 6-da evdə Cəbəllütariq yığmasına qarşı keçirəcək. Gənclər millisi bundan əvvəl qrupda Portuqaliya (0:5, 0:4), Bolqarıstan (1:1, 0:0), Çexiya (0:5, 1:1), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə qarşılaşıb. AÇ-2027 B qrupu, 9-cu tur 30 sentyabr 22:30. Şotlandiya (U-21) - Azərbaycan (U-21) Hakimlər: Matiyas Stöfrinqshauq, Erland Hareland, Edvard Helgerud, Mohammad Usman Aslam (hamısı Norveç). Kilmarnok. "Reqbi Park" stadionu.
AÇ-2027: Azərbaycan millisi Şotlandiya ilə qarşılaşır
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev