AÇ-2025: Millimiz Albaniyada təsəlli oyununa çıxır

AÇ-2025: Millimiz Albaniyada təsəlli oyununa çıxır

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Albaniyada növbəti matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, yığmamız Avropa çempionatının II seçmə mərhələsində son oyununda Monteneqro ilə üz-üzə gələcək. 

B Liqasının 4-cü qrupunda yer alan milli keçirdiyi hər iki görüşdə 0:4 hesabı ilə uduzub. Beləliklə, Həbib Ağayevin yetirmələri bu gün ilk qol və ilk xal üçün mübarizə aparacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, qrupun digər görüşündə Şimali İrlandiya ilə Albaniya qarşılaşacaq.

AÇ-2025 2-ci seçmə mərhələsi 24 fevral

17:30. Azərbaycan - Monteneqro Baş hakim: Roksana Rekorean (Rumıniya) “House of Football Natural Pitch” stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər