"İnter" itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Zaur Svanadze Slavik Alxasovun xidmətindən məhrum olub.
24 yaşlı müdafiəçi cəzalı duruma düşüb. "Zirə" ilə oyunun 48-ci dəqiqəsində cəzalanan Slavik sarı vərəqə limitini doldurub. Mövsümün 4-cü "sarı"sını alan Alxasov XX turun "Qarabağ"la oyununu buraxmalı olacaq.
Fanat.Az