"Qarabağ" Azərbaycandan getdi

"Qarabağ" Azərbaycandan getdi

"Qarabağ" bu gündən etibarən 2016/17 mövsümünün hazırlıqlarına start verəcək. 

Fanat.Az xəbər verir ki, komandanın heyəti səhər saatlarında Bakı - İstanbul - Antalya reysi ilə Türkiyəyə yola düşüb. Futbolçular təlim-məşq toplanışı zamanı "IC Santaı" otelində məskunlaşacaq.

Qeyd edək ki, "Qarabağ" qış təlim-məşq toplanışı müddətində 4 yoxlama oyunu keçirəcək. Yoxlama oyunlarının keçirilmə tarixi məlumdur. Komanda yanvarın 15-də "Skenderbeu" (Albaniya), yanvarın 18-i "Styaua" (Rumıniya), yanvarın 22-si ilk olaraq "Atırau" (Qazaxıstan), daha sonra isə "Termalitsa" (Polşa) klubu ilə qarşılaşacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər