"Qarabağ"dan ayrılan Samuel Armenterosun yeni iş yeri müəyyənləşib. Fanat.Az xəbər verir ki, isveçli futbolçu karyerasını Hollandiyada davam etdirəcək.
26 yaşlı futbolçu bu ölkərin güclülər dəstəsində çıxış edən "Herakl" klubuna keçib. Armenteros artıq yeni klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Armenteros 2015/16 mövsümündə "Qarabağ"da 32 oyun keçirib və 11 qol vurub. O, 2009-2013-cü illərdə "Herakl"da çıxış edib.
Fanat.Az