2-ci Liqa: "Şəmkir" lideri Şamaxıda qəbul edir

2-ci Liqa: "Şəmkir" lideri Şamaxıda qəbul edir

Azərbaycan 2-ci Liqasında 5-ci tur start götürür. Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun 4 görüşü bu gün, 2-si sabah baş tutacaq. Turun ilk oyunu Binədə keçiriləcək. Debütant "Zəngəzur" "Kür-Araz"ı qonaq edəcək. Açılış gününün mərkəzi oyunu isə Şamaxıda təşkil olunacaq. "Şəmkir" lider "Şirvan"ı sözügedən məkanda qəbul edəcək. Bundan başqa, "Şəki" "Hypers" ilə, “Ağstafa Gəncləri” isə “Ağdaş” ilə üz-üzə gələcək. 2-ci Liqa 5-ci tur 28 sentyabr “Zəngəzur” – “Kür-Araz” Hakimlər: Vaqif Vəliyev, Əkbər Əliyev, Tural Bayramov, Yasin Cəbizadə Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Nəriman Axundov Binə qəsəbə stadionu, 15:00 “Şəki” – “Hypers” Hakimlər: Nəriman Ağayev, Ruslan Məmmədov, Samir Cabbarov, Rauf Salamov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Bəhram Qurbanov Zaqatala OİK stadionu, 15:30 “Şəmkir” – “Şirvan” Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Təhmin Cəlilbəyli, Kamil Aydınov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Mahal Məmmədov Şamaxı OİK stadionu, 15:30 “Ağstafa Gəncləri” – “Ağdaş” Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Mehdi Yusifov Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Mübariz Hüseynov Ağstafa şəhər stadionu, 15:30.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər