2-ci Liqa: "Şəmkir" də "Şirvan"ı dayandıra bilmədi

2-ci Liqa: "Şəmkir" də "Şirvan"ı dayandıra bilmədi

Azərbaycan 2-ci Liqasında 5-ci tur start götürüb. Fanat.Az xəbər verir ki, turun ilk günündə 4 oyun baş tutub. Günün oyunları məhsuldar alınıb. Belə ki, 4 görüşdə qapılara 23 qol vurulub. Açılış oyununda debütant "Zəngəzur" "Kür-Araz"a böyük hesabla qalibgəlib. Günün mərkəzi oyunu Şamaxıda təşkil olunub. "Şəmkir" lider "Şirvan"ı qəbul edib. Əvvəlki 4 görüşdə qələbələri sıralayan "Şirvan" qərb təmsilçisi ilə matçda da 3 xal əldə edib.Pərviz Bayramovun baş məşqçisi olduğu komanda bu dəfə əzmkar qələbə qazanıb. Bundan başqa, "Şəki" "Hypers" ilə matçda darmadağına məruz qalıb, “Ağstafa Gəncləri” isə “Ağdaş” ilə oyunda 3 xala sevinən tərəf olub. 2-ci Liqa 5-ci tur 28 sentyabr “Zəngəzur” – “Kür-Araz” 5:1 Qollar : R.Voronsov, 46. F.Əhmədov, 53. R.Ağalarov, 55. N.Novruzov, 75. T.Urbatov, 85 - Ü.Cəlilov, 28. “Şəki” – “Hypers” 0:5 Qollar : S.Ağayev, 11. A.Babazadə, 45-pen; 49. T.Hüseynzadə, 62. V Əşrəfli, 68-pen. “Şəmkir” – “Şirvan” 2:3 Qollar : E.Abdullayev, 2. H.Həsənov, 39 - A.Paşayev, 32, 81. A.Yunanov, 82. “Ağstafa Gəncləri” – “Ağdaş” 4:3 Qollar : E.Qasımov, 37; 61-pen; 71. E.Namazov, 44 - A.Kərimxanov, 48. S.Ağayev, 85; 86.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər