Azərbaycan 2-ci Liqasında 3-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tura bu gün yekun vurulacaq.
Turun ikinci günündə 4 matç baş tutacaq.
Günün ilk matçında "Şəki" Zaqatalada "Qaradağ Lökbatan"ı qbul edəcək. Yarım saat gec başlayacaq qarşılaşmalarda isə "Difai" "Ağdaş"ıa, "Şirvan" "Hypers" ilə, "Şəmkir" isə "Kür-Araz" ilə üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün keçirilən oyunlarda "Marafon" "Zəngəzur"u 4:2, "Ağstafa Gəncləri" isə "Dinamo"nu 3:1 hesabı ilə məğlub edib.
Azərbaycan 2-ci Liqası 3-cü tur 14 sentyabr
“Şəki” – “Qaradağ Lökbatan” Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu, 15:30
“Difai” – “Ağdaş” Hakimlər: Sənan Bayramzadə, Elvin Mədətov, Rizvan Süleymanov, Ləman Əmirli Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Asif Əliyev "Palms Sports Futbol Mərkəzi" (IV meydança), 16:00
“Şirvan” – “Hypers” Hakimlər: Hacıağa Həsənov, Ruslan Babayev, Cavid Ömərov, Rasim Musayev Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Emin Cəfərov Şirvan. Olimpiya İdman Kompleksinin stadionu, 16:00
“Şəmkir” – “Kür-Araz” Hakimlər: Samir Musayev, Sadiq Əliyev, Tural Bayramov, Elçin Abdullayev Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Kifayət Mustafayeva Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu, 16:00
