2-ci Liqa: "Şəmkir" büdrədi, Binədə "qol yağdı"

2-ci Liqa: "Şəmkir" büdrədi, Binədə "qol yağdı"

Azərbaycan 2-ci Liqasında ilk tura yekun vurulub. 

Fanat.Az xəbə verir ki, açılış turunun son günündə 3 oyun keçirilib. 

"Dinamo" ilə "Difai"nin görüşündə birincilər inamlı qələbə qazanıblar. 

Region Liqasının qalibi kimi "ikincilər"in yarışına qoşulan "Zəngəzur" startda "Ağstafa Gəncləri" ilə qarşılaşıb. Debütant startda məğlubiyyətlə üzləşib. Dramatik keçən matçda "Zəngəzur"un qapıçısı Şahin Zəkiyev qırmızı vərəqə alıbsa, nominal qonaqların heyətində Elçin Qasmov poker müəllifi olub 

"Şəmkir" Şamaxıda 2-ci Liqanın daha bir debütantı "Marafon"la üz-üzə gəlib. Qərb təmsilçisi sabirabadlılarla dueldə büdrəyib.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Qaradağ Lökbatan” “Hypers”i 2:1, “Şirvan” “Kür-Araz”ı 6:1, “Şəki” isə “Ağdaş”ı 4:2 hesabı ilə məğlub edib. 

2-ci Liqa 1-ci tur 2 sentyabr

“Difai” – “Dinamo” 1:3 Qollar: E.Ağalarov, 90+1 - Z.Bayramov, 16. V.Seyidov, 45+1; 62. 

“Zəngəzur” – “Ağstafa Gəncləri” 3:4 Qollar: R.Şahmuradov, 20; 28. E.Abbaslı, 89-pen. - E.Qasımov, 3; 23; 40; 58.

“Şəmkir” – “Marafon” 1:1 Qollar: H.Həsənov, 34 - Ə.Ələkbərli, 75.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər