2-ci Liqa: İlk tura yekun vurulur

2-ci Liqa: İlk tura yekun vurulur

Azərbaycan 2-ci Liqasında ilk turun oyunları davam edir. 

Fanat.Az xəbə verir ki, tura bu gün keçiriləcək 3 oyunla yekun vurulacaq. 

"Dinamo" 1-ci Liqadan aşağı düşən "Difai" ilə münasibətlərinə aydınlıq gətirəcək. Region Liqasının qalibi kimi "ikincilər"in yarışına qoşulan "Zəngəzur" isə startda "Ağstafa Gəncləri" ilə qarşılaşacaq. Nəhayət, "Şəmkir" Şamaxıda 2-ci Liqanın daha bir debütantı "Marafon"la üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Qaradağ Lökbatan” “Hypers”i 2:1, “Şirvan” “Kür-Araz”ı 6:1, “Şəki” isə “Ağdaş”ı 4:2 hesabı ilə məğlub edib. 

2-ci Liqa 1-ci tur 2 sentyabr

“Difai” – “Dinamo” Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Mehdi Yusifov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Azər Əsgərov. Palms Sports Futbol Mərkəzi (IV meydança), 17:00.

“Zəngəzur” – “Ağstafa Gəncləri” Hakimlər: Hacıağa Həsənov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Vaqif Vəliyev. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Elman Musayev. Binə qəsəbə stadionu, 17:00.

“Şəmkir” – “Marafon” Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Sadiq Əliyev, Rasim Musayev. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Eldəniz Musayev. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu, 17:00.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər