1-ci Liqa: Tura yekun vurulur

1-ci Liqa: Tura yekun vurulur

Azərbaycan 1-ci Liqasında 2-cu tura yekun vurulur. 

Fanat.Az xəbər verir ki, turun üçüncü günündə 1 oyun keçiriləcək. 

Bağlanış matçında favoritlərdən olan MOİK "Şimal"la üz-üzə gələcək. Oyun Binədə keçiriləcək. Beləliklə, tur başladığı məkanda bitəcək.

MOİK ilk turda "Şahdağ Qusar"a uduzubsa (0:1), "Şimal" "Gəncəbasar" ilə bacarmayıb (1:2).

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şahdağ Qusar” “Karvan-Yevlax”ı (2:0), “Zaqatala” “Baku Sportinq”i (3:0), “Səbail” “Mingəçevir”i (2:1) və “Gəncəbasar” “Xankəndi”ni (2:1) məğlub edib.

1-ci Liqa 2-ci tur 11 sentyabr 

16:30. MOİK – “Şimal”  Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Rasim Axundov, Alik Yunusov. Hakim-inspektor: Ceyhun Haşımov. AFFA nümayəndəsi: Azər Əsgərov. Binə qəsəbə stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər